Məxfilik siyasəti

“Expresspay” Ödəniş Sistemi təqdim edilən “Expresspay” Məhsul və Servislərinə göstərdiyiniz marağa görə Sizə təşəkkür edir. Sizin şəxsi informasiyasınızın mühafizəsi bizim üçün çox vacibdir, buna görə də biz Servislərimizdən istifadə etməklə toplanan və işlənən məlumatların mühafizəsinə xüsusi diqqətlə yanaşırıq.

“Expresspay” Servisləri istifadəçilərə ödəniş sistemimizdə servis provayderləri (mobil operatorlar, telefon və internet servis provayderləri, dövlət və kommunal müəssisələr, banklar, sığorta şirkətləri və s.) tərəfindən təqdim edilmiş servislərə görə ödənişlər etməyə imkan verən kompüter proqramları, mobil tətbiqlər qrupu, ödəniş köşkləri və veb-sayt üçün terminal proqram təminatından ibarətdir.

Həmçinin prosessinq sistemimiz vasitəsilə bizim iyerarxik distribütor şəbəkəmizin bir hissəsi olmaq imkanı təqdim etməyə şadıq. “Expresspay”in istifadəçilər (bu halda: “ödəniş nöqtəsi” və “dilerlər”) və servis provayderi arasında tərəfdaşlıq razılaşdırılmış və imzalanmış müqavilə ilə tənzimlənir.

“Expresspay” Servislərinin istifadəsinə girişin alınması İstifadəçilərin bu Məxfilik siyasətinin müddəaları ilə şərtsiz razılığı deməkdir.

Ödəniş Sistemi tərəfindən “Expresspay” servislərinin istifadəçilərindən alınan şəxsi informasiyanın təhlükəsizliyi təmin edilir. Bu Məxfilik siyasəti istifadəçilərdən istənilə bilən məlumatların siyahısı, eləcə də bu cür məlumatların Ödəniş Sistemi və digər şəxslər tərəfindən işlənilməsi üsullarının göstərilməsi məqsədilə işlənib hazırlanıb. Bu Məxfilik siyasətində həmçinin istifadəçilərin şəxsi informasiyasının tələb edilə və açıqlana bilməsi məqsədləri göstərilib. Bu Məxfilik siyasətində həmçinin istifadəçilər tərəfindən şəxsi informasiyalarının məxfi qalması üçün həyata keçirilməli olan əsas ehtiyat tədbirləri göstərilib.

Bu Əsasnamə müstəsna olaraq Ödəniş Sistemi tərəfindən istifadəçilərin “Expresspay” servislərindən istifadəsi nəticəsində əldə olunmuş informasiyaya şamil edilir.

İstifadəçilərin əldə olunan və istifadə edilən informasiyası, eləcə də onun istifadə edilməsi məqsədləri. İstifadəçilərin informasiyası Ödəniş Sistemi tərəfindən müstəsna olaraq “Expresspay” Servislərinin texniki idarəetməsinin həyata keçirilməsi məqsədilə toplanır.

Bu Məxfilik siyasəti çərçivəsində istifadəçinin informasiyası dedikdə: İstifadəçinin uçot qeydinin yaradılması, qeydiyyat və s. zamanı, eləcə də servisin istifadəsi prosesində müstəqil təqdim etdiyi şəxsi informasiya (SAA, elektron poçt ünvanı, telefon nömrəsi, akkaunt nömrəsi və s.); eləcə də “Expresspay” servislərinin istifadəsi prosesində avtomatik ötürülən məlumatlar, o cümlədən, lakin bununla məhdudlaşmayaraq: IP-ünvan, girişin həyata keçirildiyi mobil qurğu haqqında məlumatlar, avadanlığın kodu və s. başa düşülür.

“Expresspay” servislərinin istifadəsi zamanı aşağıdakı informasiya tələb edilə və alına bilər:

  1. İstifadəçiyə dair informasiya. “Expresspay”-də uçot qeydinin yaradılması, qeydiyyatı, istənilən “Expresspay” servisinin istifadəsi və daxil edilmək üçün uçot məlumatlarının (sertifikat, istifadəçi adı, parol və s.) ötürülməsi zamanı Ödəniş Sistemi istifadəçisinə ödəniş əlavələri və ya prosessinq sisteminin interfeysinə giriş üçün ödəniş sistemi tərəfindən istifadəçiyə dair informasiya, məsələn, SAA, doğum tarixi, telefon nömrəsi, ödəniş nöqtəsinin ünvanı və elektron poçt ünvanı tələb edilir.
  2. Mobil qurğuya dair informasiya. Ödəniş Sistemi tərəfindən istifadəçilərin mobil qurğularına dair, mobil qurğunun modeli, əməliyyat sisteminin versiyası, qurğunun unikal identifikatorları, eləcə də mobil şəbəkə haqqında məlumatlar və mobil telefon nömrəsi kimi məlumatlar toplanır. Bundan başqa, qurğunun identifikatoru və mobil telefon nömrəsi İstifadəçinin uçot qeydinə bağlana bilər.
  3. Həyata keçirilən əməliyyatlar haqqında informasiya. Xidmətlərin haqqının ödənilməsi, pul köçürmələri və sair əməliyyatların həyata keçirilməsi zamanı Ödəniş Sistemi tərəfindən həyata keçirilmiş əməliyyatların yeri, vaxtı və məbləği, ödəniş üsulu tipi haqqında məlumatlar, ödənişi qəbul edən akkauntların məlumatları, xidmət satıcısı və/və ya tədarükçüsü haqqında məlumatlar, mövcud olduğu halda, əməliyyatın həyata keçirilməsi səbəblərinin təsviri, eləcə də yuxarıda göstərilmiş əməliyyatların həyata keçirilməsi ilə bağlı digər informasiyanı toplayır.

İstifadəçilərin informasiyasının istifadəsi zamanı “Expresspay” bu Məxfilik Siyasəti, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tuturlar.

Ödəniş Sistemi tərəfindən informasiyanın məxfiliyinin qorunub saxlanması üçün istifadə edilən təhlükəsizlik tədbirləri. İstifadəçilərin informasiyasının təhlükəsizliyi və sanksiyalaşdırılmamış giriş, dəyişdirilmə, açıqlanma və ya məhv edilmədən, eləcə də digər növ qeyri-məqbul istifadədən mühafizəsinin təmin edilməsi üçün bütün mümkün tədbirlər görülür. Xüsusi olaraq, əmlakın oğurlanması, fişinq və digər fırıldaqçılıq növləri məqsədilə Ödəniş Sisteminə sanksiyalaşdırılmamış girişə qarşı mübarizə məqsədilə Ödəniş Sistemi tərəfindən fiziki təhlükəsizlik tədbirləri də daxil olmaqla, məlumatların toplanması, saxlanması və işlənməsi üsulları daima təkmilləşdirilir. Ödəniş Sistemi tərəfindən həmçinin əməkdaşlar, podratçılar və agentlərin istifadəçilərin informasiyasına girişi məhdudlaşdırılaraq, məxfilik sahəsində ciddi müqavilə öhdəlikləri nəzərdə tutulur ki, onların da pozulmasına görə sərt məsuliyyət tədbirləri və cərimə sanksiyaları nəzərdə tutulub. İstifadəçi login və parol kimi uçot qeydi məlumatlarını üçüncü şəxslərdən gizli saxlamalıdır.

İstifadəçi onun uçot qeydinin sanksiyalaşdırılmamış istifadəsi ilə bağlı istənilən şübhəli hal haqqında Ödəniş Sisteminə dərhal məlumat verməyi öz öhdəsinə götürür.

Məxfilik siyasətinin dəyişdirilməsi. Tətbiq edilməli olan qanunvericilik. “Expresspay” istənilən vaxt bu Məxfilik siyasətinin müddəalarını yeniləmək və onlara dəyişikliklər etmək hüququna malikdir. Məxfilik siyasətinin yeni redaksiyasının müddəaları ilə başqa halın nəzərdə tutulmadığı halda, Məxfilik siyasətinin yeni redaksiyası onun yerləşdirildiyi andan qüvvəyə minir. Ödəniş Sistemi “Expresspay” servislərinin istifadəçilərinə daha aktual redaksiya ilə tanış olmaq məqsədilə mütəmadi olaraq bu Məxfilik siyasətinə müraciət etməyi tövsiyə edir.

Terminallar
Expresspay
Terminal tapmaq