“Expresspay” ödəniş xidməti platformasından istifadə və məlumatların işlənilməsinə dair

ÜMUMİ ŞƏRTLƏR

1. İstifadə şərtləri və qaydaları

Bu Ümumi Şərtlər, www.Expresspay.az veb-saytı, “Expresspay” mobil tətbiqi və “Expresspay” terminalları vasitəsilə təqdim olunan elektron pul kisəsi və digər ödəniş xidmətlərinin istifadəçisi olan fiziki və hüquqi şəxslər (bundan sonra İstifadəçi) ilə Bank arasında ödəniş xidmətlərinin göstərilməsi və istifadəsi ilə bağlı əsas hüquq və öhdəlikləri müəyyən edən, İstifadəçi ilə Bank arasında yaranan hüquqi münasibətləri tənzimləyən razılaşma hesab edilir.

İstifadəçi tərəfindən imzalanmış Aksept Ərizəsi və Bank tərəfindən təsdiq edilən Ümumi Şərtlər birlikdə tərəflər arasında ödəniş xidmətlərinin göstərilməsi üzrə müqavilə münasibətlərini yaradan, tərəflərin hüquq və öhdəliklərini müəyyən edən və ödəniş xidmətlərindən istifadə qaydalarını tənzimləyən sənəd hesab olunur. İstifadəçi Aksept Ərizəsini imzaladıqda, Ümumi Şərtlərdə qeyd olunan xidmətlərə dair bu Müqavilənin bağlanmasına razılığını təsdiq etmiş sayılır və Ümumi Şərtlər üzrə Müqavilə bağlanmış hesab edilir. Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada, Borcalanın iradə ifadəsini müəyyən etməyə imkan verən üsullardan istifadə olunmaqla elektron və ya digər texniki vasitələrlə, o cümlədən elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər və əl imzasına bərabər hesab edilən elektron imza ilə təsdiq edildikdə hüquqi qüvvəyə malikdir.

İstifadəçi xidmətlərin göstərilməsi ilə əlaqədar olaraq şəxsi məlumatların əldə edilməsinə, toplanmasına, emalına, ötürülməsinə və qanunvericiliklə müəyyən edilmiş hallarda, o cümlədən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş qaydada üçüncü şəxslərlə paylaşılmasına öz razılığını yazılı şəkildə bildirir.

2. Əsas anlayışlar

Əsas anlayış

Təsviri

Autentifikasiya

Banka, Expresspay-ə İstifadəçinin kimliyini və ya ödəniş alətinin, o cümlədən ödəniş xidməti İstifadəçisinin fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının istifadəsinin etibarlılığını yoxlamağa imkan verən prosedur;

Bloklama

Müəyyən bir hesabın və ya əməliyyatın İstifadəçinin tələbi və ya Bankın təşəbbüsü ilə təhlükəsizlik, araşdırma məqsədi və ya qanun pozuntusunun qarşısının alınması səbəbindən müvəqqəti və ya daimi olaraq dayandırılması.

Dublikat SİM kart

Mobil operator tərəfindən eyni nömrə üçün yeni kart verilməsi.

Ekvayrinq

Vəsait alan ilə müqavilə bağlayaraq ödəniş alətləri ilə aparılan və vəsaitlərin İstifadəçinin vəsait alanın xeyrinə köçürülməsi ilə nəticələnən əməliyyatlar üzrə məlumatların qəbulu və emalı və ya nağd pul vəsaitinin verilməsi üzrə ödəniş xidməti təchizatçıları Bank tərəfindən göstərilən xidmət kredit kartları, birbaşa debit və digər ödəniş vasitələri ilə ödənişlərin qəbul edilməsi prosesi.

Elektron Pul Qabı (E-cüzdan)

İstifadəçilərin balanslarını idarə edə bildiyi və rəqəmsal ödənişlər edə bildiyi virtual hesab.

Elektron Pulun Emissiyası

Bank tərəfindən yaradılan və elektron pulun ödəniş xidməti istifadəçisinin sərəncamına verdiyi və istifadəçilərin rəqəmsal ödənişlər üçün istifadə etdiyi elektron pul.

Eyniləşdirmə (KYC - Know Your Customer)

İstifadəçinin şəxsiyyətinin təsdiq edən sənəd üzrə eyniləşdirilməsi, təsdiqlənməsi və onun maliyyə əməliyyatlarının qanuniliyinin yoxlanılması, profili və əməliyyatları haqqında məlumatlarının toplanması prosesi.

Fərdiləşdirilmiş Təhlükəsizlik Məlumatları

İstifadəçinin hesabını qorumaq üçün istifadə etdiyi parol, PIN, şifrə və digər giriş məlumatları. Bank tərəfindən istifadəçiyə təqdim olunan və yalnız istifadəçiyə məxsus olan və onun identifikasiyası üçün istifadə olunan parol, PIN-kod, OTP, biometrik məlumatlar və digər identifikasiya məlumatları vasitələri.

Gücləndirilmiş Müştəri Autentifikasiyası (GMA)

İstifadəçinin təhlükəsizliyini artırmaq, autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün əlavə yoxlama metodları tətbiq olunan autentifikasiya prosesi. Autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur.

 

Həssas Ödəniş Məlumatları

Azərbaycan Respublikasının qanunvericliyində və Mərkəzi Bankının müvafiq normativ aktlarında nəzərdə tutulmuş qaydada ilə tənzimlənən fırıldaqçılıq əməliyyatının aparılması üçün istifadə edilə bilən, fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının da daxil olduğu məlumatlar. İstifadəçinin ödəniş əməliyyatlarının icrası üçün tələb olunan, məxfi və qorunması zəruri olan şəxsi maliyyə məlumatları

İcazəsiz Ödəniş Əməliyyatları

İstifadəçinin razılığı olmadan həyata keçirilən ödənişlər və ya əməliyyatlar.

İdentifikasiya Məlumatları

İstifadəçinin Expresspay platformasına daxil olmaq, giriş etmək və əməliyyatlar etmək üçün istifadə etdiyi məlumatlar.

İstifadəçi (Tərəf)

ExpressPay ödəniş xidməti platformasından ödəniş xidmətlərini istifadə edən fiziki və ya hüquqi şəxsdir.

Kiberhücum

Şəbəkə və internet vasitəsilə həyata keçirilən zərərli fəaliyyətlər, məsələn, məlumat oğurluğu və sistemin pozulması. İnformasiya sistemlərinin və ya ehtiyatlarının informasiya təhlükəsizliyinə təhdid yaradan, yaxud onların fəaliyyətinin pozulmasına və ya dayanmasına səbəb olan kiberməkan vasitəsilə qəsdən törədilən əməl.

Komplayens (Compliance)

Bankın Expresspay-in yerli və beynəlxalq qanunvericiliyə və daxili qaydalara uyğun fəaliyyət göstərməsini təmin edən idarəetmə və nəzarət sistemi prosedurları.

Məlumat Xidmətləri

İstifadəçinin hesabı və ödəniş əməliyyatları ilə bağlı məlumatların saxlanılması, istifadəçinin özünə, qanuni nümayəndəsi və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər üçüncü şəxslərə təqdim edilməsi.

Müqavilə

İstifadəçi tərəfindən imzalanmış Aksept Ərizəsi və Bank tərəfindən təsdiq edilən Ümumi Şərtlər birlikdə tərəflər arasında ödəniş xidmətlərinin göstərilməsi üzrə müqavilə münasibətlərini yaradan, tərəflərin hüquq və öhdəliklərini müəyyən edən və ödəniş xidmətlərindən istifadə qaydalarını tənzimləyən razılaşmadır.

Aksept Ərizəsi

Ümumi Şərtlərdə nəzərdə tutulan şərtləri tam və qeyd-şərtsiz qəbul etdiyini təsdiq edən İstifadəçi, bu Müqavilədə müəyyən edilmiş qaydada aksept ərizəsini imzalamaqla Bankın müqavilə bağlamaq iradəsini qəbul etdiyini bildirir. Həmin aksept ərizəsi Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir və Ümumi Şərtlər çərçivəsində İstifadəçi tərəfindən imzalandığı andan hüquqi qüvvəyə minən, müqavilə bağlamaq razılığını əks etdirən rəsmi razılıq forması hesab olunur.

OTP

istifadəçinin identifikasiyasını təsdiqləmək və əməliyyatların təhlükəsizliyini təmin etmək məqsədilə gücləndirilmiş müştəri autentifikasiyası çərçivəsində tətbiq olunan və yalnız bir dəfə istifadə üçün nəzərdə tutulan, qısa müddət ərzində etibarlı olan birdəfəlik şifrədir.

Ödəniş aləti

Ödəyicinin vəsaitinin köçürülməsi və ya ödəniş öhdəliyinin yerinə yetirilməsi üçün istifadə olunan hər hansı vasitədir. Buna nağd pul, ödəniş kartı, elektron pul və digər rəqəmsal ödəniş mexanizmləri daxildir.

Ödəyici

Ödənişi həyata keçirən və ya ödəniş tapşırığını verən şəxsdir. O, ödəniş aləti vasitəsilə vəsaitin köçürülməsini və ya öhdəliyin yerinə yetirilməsini təmin edir.

Platforma

Expresspay ödəniş xidməti platforması – Mobil tətbiq, veb-sayt, ödəmə terminalı

Pul Köçürmələri

Ödəyici və (və ya) vəsait alanın adına ödəniş hesabı açılmadan pul vəsaitinin vəsait alanın xeyrinə köçürülməsi əməliyyatı

Risk İdarəetməsi

Expresspay platformasında Ödəniş sistemlərində saxtakarlığın və icazəsiz əməliyyatların qarşısını almaq üçün tətbiq olunan təhlükəsizlik tədbirləri.

Servis

ExpressPay platformasında kommunal, mobil operator və digər ödənişlərin qəbulu və bank ödəniş xidmətlərinin həyata keçirilməsi üçün istifadəçilərə təqdim olunan və ödəniş funksiyasını yerinə yetirən ayrı-ayrı xidmətlərin məcmusu növləridir.

Şəxsi Məlumatlar

İstifadəçi kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan və onun tanınmasını təmin edən məlumatlar (ad, soyad, doğum tarixi, şəxsiyyət vəsiqəsi məlumatları və s.).

Texniki Overdraft

Bir hesabın balansı sıfırdan aşağı düşdükdə yaranan borc vəziyyəti.

Valyuta Mübadiləsi

Expresspay platforması vasitəsilə müxtəlif valyutalar qanunla müəyyən edilmiş qaydada dəyişdirilməsinə  etməyə imkan verən xidmət.

Verifikasiya

İstifadəçidən əldə olunmuş məlumatların əsaslı mənbələr vasitəsilə təsdiqlənməsi prosesi

Vəsaiti alan

Ödəniş əməliyyatı üzrə vəsaiti alması nəzərdə tutulan şəxs

Xidmət Təminatçısı (Tərəf)

Ödəniş xidmətlərini təqdim edən və istifadəçilərlə müqavilə bağlayan Bankın daxili struktur bölməsi– Expresspay.

 

3. Ödəniş Xidmətlərinin Predmeti

3.1. Bu Müqavilənin predmeti, İstifadəçi ilə Bank arasında www.Expresspay.az veb-saytı, Expresspay mobil tətbiqi və Expresspay ödəniş terminalları vasitəsilə təqdim olunan ödəniş xidmətlərindən istifadə zamanı yaranan hüquqi münasibətlərini tənzimləməkdən ibarətdir. Hazırkı Müqaviləyə əsasən Bankın Expresspay platforması üzərindən İstifadəçiyə təqdim etdiyi ödəniş xidmətləri aşağıdakıları əhatə edir:

3.2. Bank tərəfindən göstərilən xidmətlərin siyahısı birtərəfli qaydada dəyişdirilə, artırıla, azaldıla, yeni xidmətlər və funksionallıqlar əlavə edilə bilər.

3.3. Təklif edilən xidmətlərin növü və həcmi İstifadəçinin eyniləşdirmə (KYC) prosesindən və qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş Gücləndirilmiş Müştəri Autentifikasiyası (GMA) tələblərindən keçib-keçməməsindən asılı olaraq dəyişə bilər.

3.4. İstifadəçi ona təklif olunan xidmətlərdən istifadə etmək üçün müvafiq Platformada öz pul kisəsini (hesabını) qeydiyyatdan keçirməli, əməliyyatların icrası üçün hesab balansını artırmalı və Müqavilənin digər şərtlərinə əməl etməlidir.

4. Expresspay ödəniş xidməti platforması istifadəçisinin hüquq və öhdəlikləri

 

4.1. İstifadəçi öz fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarını (şifrə, giriş məlumatları, PİN kod, təhlükəsizlik suallarının cavabları və s.) gizli saxlamalı, üçüncü şəxslərə açıqlamamalıdır.

4.2. Fərdiləşdirilmiş təhlükəsizlik məlumatları üçüncü şəxs tərəfindən ələ keçirilərsə və ya həmin məlumatların təhlükəsizliyinə dair şübhələr yarandıqda, İstifadəçi dərhal Bankı məlumatlandırmalı və bütün müvafiq giriş məlumatlarını dərhal dəyişdirməlidir. Bank tərəfindən tələb olunduqda, İstifadəçi əlavə təhülkəsizlik və identifikasiya tədbirlərini icra etməlidir.

4.3. İstifadəçi sadə və asan təxmin edilə bilən şifrlərdən (ad, soyadı, doğum tarixi, telefon nömrəsi və s.) istifadə etməməli və şifrləri dövri olaraq (ən azı hər 90 gündə bir və ya Bankın tələb etdiyi halda daha tez) dəyişməlidir.

4.4. İstifadəçi mobil telefonunun, ona bağlı hesabların və cihazda saxlanılan məlumatların təhlükəsizliyinə görə məsuliyyət daşıyır.

4.5. İstifadəçiyə məxsus mobil telefon itirildikdə, oğurlandıqda və ya üçüncü şəxslər tərəfindən istifadə olunduqda, İstifadəçi mümkün qədər tez Bankın rəsmi əlaqə vasitələri (Bankın təsdiq olunmuş telefon nömrəsi, elektron poçtu, mobil tətbiqdəki bildiriş funksiyası və ya digər rəsmi kommunikasiya kanalları) ilə məlumat verməlidir. İstifadəçi onun diqqətsizliyi və ya nəzarətsizliyinə görə məlumat vermək üçün gecikdiyi hallarda dəymiş zərərlərə görə özü məsuliyyəti daşıyır.

4.6. Mobil telefon nömrəsinin istifadəsi dayandırıldıqda, SİM kart dəyişdirildikdə və ya telefon nömrəsi ilə bağlı hər hansı dəyişiklik olduqda, İstifadəçi bu barədə dərhal banka məlumat verməlidir.  Bu bildiriş elektron poçt, rəsmi mobil tətbiq funksiyası və ya Bankın müəyyən etdiyi digər rəsmi kanallar vasitəsilə təqdim edilə bilər.

4.7. Bankın xidmətləri yalnız mövcud qanunvericiliyə, bu Müqavilənin müddəalarına və Bankın daxili qayda və siyasətlərinə uyğun şəkildə istifadə edilməlidir. İstifadəçi xidmətlərdən qanunla qadağan edilmiş və ya bu Müqaviləyə zidd məqsədlər üçün istifadə etməyəcəyini təsdiq edir.

4.8. İstifadəçi kommersiya məqsədləri üçün Bankın yazılı razılğı olmadan Expresspay platformasının elementlərini, interfeysini, funskionallığını eləcə də xidmətlərini istifadə etməməli, o cümlədən üçüncü şəxslərə kütləvi giriş imkanı verməməlidir.

4.9. İstifadəçi ödəniş əməliyyatları və şəxsi məlumatların məxfiliyinin təmin olunmasına diqqət göstərməlidir. Şəxsi məlumatların müdafiəsi üçün tələb olunan addımları atmalı və məlumatların icazəsiz əldə edilməsi hallarında Bankla əməkdaşlıq etməlidir

4.10. İstifadəçi əməliyyatları yalnız etibarlı və təhlükəsiz internet bağlantıları (ictimai və ya açıq Wi-Fi şəbəkələrində əlavə təhlükəsizlik tədbirləri tətbiq etməklə) vasitəsilə həyata keçirməlidir. Bank açıq şəbəkələrdən istifadə zamanı yaranan risklərə görə istifadəçiyə xəbərdarlıq edir və bu cür şəbəkələrdə əməliyyat aparılarkən əlavə ehtiyat tədbirlərinin tətbiqi tövsiyə olunur.

4.11. İstifadəçi ödəniş alətindən sui-istifadə və ya qeyri-normal halları aşkar etdikdə və ya şübhə olduqda, Bankı dərhal bu barədə məlumatlandırmalıdır. Bank bu bildiriş əsasında zəruri araşdırmaları aparacaq və riskləri məhdudlaşdırmaq üçün müvafiq tədbirlər görəcək.

4.12. İstifadəçinin ödəniş hesabına üçüncü şəxslərin icazəsiz girişindən yaranan zərərlərlə bağlı məsuliyyət, əgər bu hallar Bankın təqsirinə görə baş verməyibsə, İstifadəçinin üzərindədir. Bank müvafiq icazəsiz aparılan əməliyyatla bağlı vəziyyəti araşdırmaq hüququna malikdir və araşdırma başa çatana qədər hesabın fəaliyyətini məhdudlaşdıra və ya müvəqqəti dayandıra bilər.

4.13. İstifadəçi Bankın təqdim etdiyi xidmətlərdən istifadə zamanı xidmət şərtlərinə riayət etməyə və xidmətdən düzgün istifadə etməyə borcludur. Xidmətlərdən istifadə qaydaları ilə tanış olmamaq və ya məlumat əldə etməmək İstifadəçini məsuliyyətdən azad etmir.

4.14. Bank xidmətlərindən faydalanmaq üçün İstifadəçi sistemə daxil etdiyi bütün şəxsi və əlaqə məlumatlarını öz şəxsi məlumatları əsasında düzgün, tam və dəqiq şəkildə təqdim etməlidir. Hesab yalnız İstifadəçinin özü tərəfindən açılmalıdır. Bu Müqavilə etibarnamə vasitəsilə bağlana bilməz. Bank təqdim olunan məlumat və sənədlərin düzgünlüyünü yoxladıqdan sonra xidmət göstərməyə başlaya bilər. Qanunvericilikdə tələb olunan hallarda GMA tətbiq edilə bilər.

4.15. Hesabın açılması zamanı təqdim olunan şəxsiyyəti təsdiq edən sənəd və əlaqə məlumatlarının düzgünlüyünə görə İstifadəçi məsuliyyət daşıyır. Bank daxili nəzarət və komplayens yoxlaması zamanı İstifadəçinin şəxsi və yaxud digər məlumatlarında uyğunsuzluq aşkar edərsə və ya bu məlumatların səlahiyyəti olmayan şəxs tərəfindən təqdim edildiyi şübhəsi yaranarsa, Bank İstifadəçidən əlavə sənəd və ya məlumatlar tələb edə bilər. İstifadəçi bu tələblərə uyğun müvafiq sənəd və məlumatları qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim etməyə borcludur.

4.16. İstifadəçi Expresspay platformasının Xidmətlərindən faydalanarkən başqasının adından hərəkət etmədiyini və Müqavilənin qüvvədə olduğu müddət ərzində başqasının adından hərəkət etməyəcəyini qəbul edir, bəyan edir və öhdəlik götürür. Buna görə İstifadəçi heç bir halda Expresspay platformasına daxil olmaq və Xidmətlərdən istifadə etmək üçün təyin etdiyi şifrə və digər giriş məlumatlarını üçüncü şəxslərlə paylaşmamalı, üçüncü şəxslərə onun adından istifadə etməklə əməliyyatlar aparmasına icazə verməməlidir.

4.17. İstifadəçi Expresspay platforması vasitəsilə təqdim edilən xidmətlərdən qanunvericiliklə qadağan edilən məqsədlər üçün, o cümlədən Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə hərəkət və əməliyyatların həyata keçirilməsi üçün istifadə etməyəcəyinə zəmanət verir. İstifadəçi qanunvericiliklə tələb olunduğu hallarda zəruri məlumat və sənədləri təqdim edəcək və müştəri uyğunluğu tədbirləri üçün zəruri addımları atacaqdır. Digər hallarda isə İstifadəçi yalnız Expresspay platforması vasitəsilə icazə verilən və daxili qaydalarla müəyyən edilmiş limitlərə uyğun olaraq mal və ya xidmətlərin satın alınması üçün ödəniş xidmətlərindən istifadə edəcəyini qəbul edir.

4.18. İstifadəçi Bankın əvvəlcədən yazılı razılığı olmadan Banka və ya Expresspay-ə məxsus hər hansı əmtəə nişanını, əqli və ya sənaye mülkiyyətini kopyalaya, təqlid edə və ya istifadə edə bilməz.

4.19. İstifadəçi Qanunvericilkdə və bu Müqavilənin digər müddəalarında nəzərdə tutulmuş vəzifələri daşıyır və hüquqlara malikdir.

4.20. İstifadəçi SİM kartın dublikatını əldə etməklə və ya digər səbəblərdən həmin telefon nömrəsinə çıxışı təmin edə bilmədikdə Bank İstifadəçinin ödəniş hesabına çıxışını bərpa etmək üçün öhdəlik daşımır. İstifadəçi hesabına çıxışın bərpası üçün tələb olunan identifikasiya və əlavə təhlükəsizlik tədbirlərini yerinə yetirməli və bu məqsədlə Bank və ya Expresspay-in tələb etdiyi sənəd və məlumatları təqdim etməlidir.

 

5. Bankın hüquq və öhdəlikləri

 

5.1. Bank Ödəniş xidmətlərinin Azərbaycan Respublikasının qanunvericiliyinə və Bankın daxili qaydalarına uyğun olaraq icrasını təmin edir, zərurət yaranarsa, əməliyyatların icrasını dayandırmaq hüququna malikdir;

5.2. Bank Müştəri tərəfindən təqdim edilən məlumatları düzgünlüyünü və tamlığını yoxlamaq məqsədilə əlavə məlumat və sənədlər tələb etmək;

5.3. Müştərinin pul kisəsi hesabında və ya aparılan ödəniş əməliyyatlarında Azərbaycan Respublikasının qanunvericiliyinə və Bankdaxili qaydalara zidd fəaliyyət aşkar edildiyi hallarda, Bank hesabını bloklamaq və ya əməliyyatları məhdudlaşdırmaq hüququn malikdir;

5.4. Texniki nasazlıq və sistem problemləri yarandıqda Bank əməliyyatların icrasını müvəqqəti dayandıra və müştəriyə bu barədə məlumat verə bilər;

5.5. Bank risklərin idarə edilməsi və daxili nəzarət çərçivəsində Müştərinin əməliyyatlarını monitorinq edə bilər;

5.6. Bank tərəfindən təklif olunan xidmətlər üzrə məhdudiyyətlər və limitlər qüvvədə olan qanunvericilik və Bankın daxili sənədləri ilə müəyyən edilir. Bank öz mülahizəsinə uyğun olaraq istənilən vaxt təklif etdiyi Xidmətləri dəyişdirə və ya ləğv edə bilər;

5.7. Bank İstifadəçinin Expresspay ödəniş xidmətləri vasitəsilə istifadə etdiyi və üçüncü şəxslər tərəfindən təklif olunan malların və/və ya xidmətlərin keyfiyyəti, qüsursuz təmin və təqdim edilməsi ilə bağlı məsuliyyət daşımır;

5.8. Expresspay daxili nəzarət və komplayens fəaliyyətləri çərçivəsində qanunvericiliyə və daxili qaydalara uyğun olaraq aşağıda qeyd olunan məqsədlər üçün İstifadəçinin əməliyyatlarına nəzarət edə, monitorinqini apara və müvafiq hallarda aidiyyəti qurumlara hesabat təqdim edə bilər:

5.8.1. İstifadəçi tərəfindən hesabın açılması zamanı və ya ondan sonra təqdim edilən şəxsi və əlaqə məlumatlarının düzgünlüyünün müəyyən edilməsi;

5.8.2. İstifadəçinin başqasının adından hərəkət edib-etməməsinin müəyyən edilməsi;

5.8.3. Xidmətlərdən istifadə etmək üçün ona verilmiş Həssas Ödəniş Məlumatı da daxil olmaqla, üçüncü tərəflərə şifrə və giriş icazəsi verib-verməməsinin müəyyən edilməsi;

5.8.4. Xidmətlərdən qeyri-qanuni məqsədlər üçün istifadə olunub-olunmaması müəyyən edilməsi;

5.8.5. Xidmətlər çərçivəsində həyata keçirilən əməliyyatların saxta və ya icazəsiz şəkildə həyata keçirilib-keçirilməməsinin müəyyən edilməsi;

5.8.6. Ödəniş hesabına saxta və ya icazəsiz girişin olub-olmamasının, eləcə də belə cəhdlərin aşkar edilməsi.

5.9. Bank öz mülahizəsinə uyğun olaraq, pul kisəsi hesabının açılması üçün əvvəlcədən və ya hesab açıldıqdan sonra yenidən istənilən vaxt İstifadəçini autentifikasiyasını apara bilər.

5.10. Bank şübhəli əməliyyatlar aşkar etdikdə ödənişin icrasını dayandırmaq və İstifadəçidən əlavə sənədlər tələb etmək hüququna malikdir.

5.11. Bank, İstifadəçinin Servisdən istifadəsi zamanı təhlükəsizliyi təmin etmək üçün əlavə yoxlamalar həyata keçirmək və yeni təhlükəsizlik tədbirləri tətbiq etmək hüququna malikdir.

5.12. Bank Azərbaycan Respublikasının qanunvericiliyində və bu müqavilədə nəzərdə tutulmuş hallarda İstifadəçinin hesab balansından pul vəsaitlərini silmək hüququna malikdir.

5.13. Bank aşağıdakı hallarda Müqaviləni (tam və ya qismən) birtərəfli qaydada ləğv edə, müvəqqəti dayandıra və ya İstifadəçinin hər hansı Xidmətlərə daxil olmasını məhdudlaşdıra bilər. Belə olduqda həmin məhdudiyyətlərin tətbiqi nəticəsində baş verə biləcək istənilən itki və ya narahatlığa görə Bank məsuliyyət daşımır:

5.13.1. Müştərilərin fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının məxfiliyini təmin etmək və üçüncü şəxslərə açıqlanmasının qarşısını almaq üçün (qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla);

5.13.2. Ödəniş alətlərinin müştərilərə təhlükəsiz şəkildə təqdim etmək və onların istifadəsini təmin etmək üçün;

5.13.3. Müştəri tərəfindən səlahiyyət verilməmiş əməliyyatların aparılmasının qarşısını almaq və ya belə əməliyyatların keçirilməmək üçün;

5.13.4. Müştərilərin fərdi məlumatlarının yalnız qanuni məqsədlərlə emal edilməsini təmin etmək üçün;

5.13.5. Müştərinin qanuni tələbləri əsasında hesabdan pul vəsaitlərinin geri qaytarılmasını vaxtında həyata keçirmək üçün.

5.13.6. İstifadəçi tərəfindən 1 (bir) il ərzində hesab üzrə əməliyyatlar aparılmadıqda və ya ciddi əsaslar olduqda, xüsusilə də Müştərinin bank hesabından qeyri-qanuni məqsədlər üçün istifadə halları aşkar edildikdə və ya hesabında saxlanan pul vəsaitinin məbləği bank daxili qaydalarla müəyyən edilmiş minimum miqdardan az olduqda;

5.13.7. Müştəri uyğunluğu tədbirlərinin davamlı tətbiqi mümkün olmadıqda.

5.14. Bank AR qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquq və vəzifələrə malikdir.

 

6. Expresspay ödəniş xidmətləri platformasında

qeydiyyat və hesabın yaradılması

6.1. Xidmətdən istifadə hüququ əldə etmək üçün İstifadəçi Platformada Fərdi İstifadəçi hesabını (bundan sonra Hesab) qeydiyyatdan keçirməyi öhdəsinə götürür. Hesabın qeydiyyatı Platformanın rəsmi internet saytı, eləcə də iOS və ya Android əsaslı mobil tətbiqlər vasitəsilə həyata keçirilə bilər.

6.2. Platformada İstifadəçinin hesabının qeydiyyatı aşağıdakı ardıcıllıqda həyata keçirilir:

6.2.1. Expresspay veb saytı və ya mobil tətbiqi vasitəsilə qeydiyyat:

6.2.1.1. İstifadəçi İnternet brauzerinin ünvan sətrinə Servisin rəsmi veb sayt ünvanını (www.Expresspay.az ) elektron ünvanını daxil edir və ya mobil tətbiqə daxil olur;

6.2.1.2. Qeydiyyat formasında İstifadəçi öz mobil nömrəsini +994XXXXXXXXX formatında daxil edir;

6.2.1.3. Qeydiyyat zamanı göstərilən mobil nömrə Servisdən istifadə zamanı İstifadəçinin adı (login) kimi qəbul olunur.

6.2.1.4. Mobil nömrə daxil edildikdən sonra həmin nömrəyə birdəfəlik OTP (One-Time Password) kodu göndərilir və istifadəçi həmin kodu daxil etməklə nömrəsini təsdiq edir.

6.2.1.5. Bank, Azərbaycan Respublikasının qanunvericiliyinə, daxili qaydalarına əsasən İstifadəçinin Sistemdə qeydiyyata alınmasından imtina edə bilər. Bankın belə imtinanın səbəblərini açıqlamaq öhdəliyi yoxdur.

6.2.1.6. İstifadəçi Expresspay ödəniş xidməti platformasında qeydiyyatdan keçməsi ilə bu müqavilə şərtlərini qəbul etdiyini və həmin şərtlərə əməl etmək öhdəliyini götürdüyünü elektron qaydada təsdiq etmiş olur, bununla da Müqavilə qeyri-müəyyən müddətə qüvvəyə minir.

6.2.1.7. İstifadəçi təsdiq edir ki, Sistemdə qeydiyyat zamanı onun tərəfindən yalnız doğru məlumatlar təqdim edilmişdir və bu barədə gələcəkdə dəyişiklik olduğu halda məlumatların dəyişdirilirməsi üçün Banka müraciət edəcəkdir. İstifadəçi tərəfindən həqiqəti əks etdirməyən, təhrif olunmuş məlumatların təqdim edilməsindən irəli gələn məsuliyyətlərə görə yalnız özü cavabdehdir.

7. Ödəniş əməliyyatları

 

7.1. Expresspay web-sayt vasitəsilə icra edilən əməliyyatlar 2 formada həyata keçirilir: qeydiyyatlı və qeydiyyatsız. Mobil tətbiq vasitəsilə yalnız qeydiyyatlı, ödəniş terminalları vasitəsilə isə yalnız qeydiyyatsız formada əməliyyatlar həyata keçirilir. Qeydiyyatlı əməliyyatlar zamanı hər bir İstifadəçi üçün ödəniş hesabı açılır.

7.2. Ödəniş əməliyyatları İstifadəçinin sərəncamı əsasında Bank tərəfindən icra edilir.

7.3. Ödəniş əməliyyatları zamanı aşağıdakı istifadəçilərə OTP kod göndərilir:

7.4. Kartı yadda saxlamış istifadəçilərə yalnız bir təmassız ödənişin məbləği 100 (bir yüz) manat və ya ekvivalentindən çoxolduqda, OTP kod göndərilir. Hər bir ödəniş əməliyyatı üçün tələb olunan məlumatlar tətbiq və ya veb sayt vasitəsilə düzgün təqdim olunmalıdır.

7.5. Ödəniş əməliyyatından əvvəl İstifadəçiyə təqdim olunan zəruri məlumatların siyahısı və təqdim olunma müddəti qanunvericiliyin tələbləri nəzərə alınmaqla Bank tərəfindən müəyyən edilir.

7.6. Ödəniş əməliyyatından sonra Bank İstifadəçini məlumatlandırır. Təqdim olunan məlumatların siyahısı və təqdim olunma müddəti qanunvericiliyə uyğun olaraq Bank tərəfindən müəyyən edilir.

7.7. Ödəniş sərəncamı verilərkən İstifadəçi vəsaiti alan şəxsin düzgün seçilməsinə və məlumatların dəqiq daxil edilməsinə görə tam məsuliyyət daşıyır. Vəsaiti alan şəxsin yanlış seçilməsinə və/və ya məlumatların səhv daxil edilməsinə görə Bank heç bir məsuliyyət daşımır. Bu hallarda vəsaitlərin İstifadəçinin hesabına geri qaytarılması üçün İstifadəçinin müraciəti əsasında Bank müvafiq tədbirlər görə bilər.

7.8. İstifadəçi ödəniş hesabında olan elektron pulu digər İstifadəçilərə və ya üçüncü şəxslərə köçürə bilər.

7.9. Ödəniş əməliyyatı QR, bar kod və ya digər alternativ üsullarla həyata keçirilə bilər. Belə hallarda İstifadəçi əvvəlcədən müəyyən hərəkətin ödəniş əməliyyatının icra edilməsi üçün sərəncam olduğu barədə məlumatlandırılır, və tələb olunan hərəkətin yerinə yetirilməsi (məsələn, QR və ya bar kodun oxudulması) İstifadəçinin ödəniş sərəncamı verməsi hesab edilir.

7.10. Ödəniş xidmətlərinin dəyəri Expresspay platformasının tarifləri ilə müəyyən edilir və hər ödəniş əməliyyatı zamanı İstifadəçiyə təqdim olunur. Bank xidmətlərinin dəyəri ilə mobil tətbiq, veb-sayt və ödəniş terminallarında tanış olmaq olar.

7.11. İstifadəçinin bütün həyata keçirilmiş əməliyyatları saytın “Son əməliyyatlar” bölməsində və mobil tətbiqdə yerləşdirilir. İstifadəçi həmin məlumatları gün ərzində ən azı 1 (bir) dəfə yoxlamalıdır. İstifadəçinin “son əməliyyatlar” bölməsindəki və Platformanın mobil tətbiqindəki əməliyyatların yerinə yetirilməsi barədəki məlumatı yoxlamamasına Bank məsuliyyət daşımır. Əməliyyatın təsdiqi məqsədilə SMS bildirişinin göndərilməsi Bankın hüququdur, öhdəliyi deyil. “Son əməliyyatlar” bölməsində və Platformanın mobil tətbiqində məlumatların yerləşdirilməsi ilə Bankın istifadəçinin məlumatlandırılması üzrə öhdəliklərini icra etmiş hesab olunur.

7.12. Bank İstifadəçi ilə vəsaiti alan arasında sazişi, onun şərtlərini, sazişin bağlanma, icra və pozulma faktını, hüquqi nəticələrini tənzimləmir və nəzarət etmir.

7.13. İstifadəçi və mobil rabitə operatoru arasında çevik rabitə xidmətinə dair müqavilənin pozulması halında, abonent nömrəsinin dəyişdirilməsi və ya ləğv edilməsi mümkündür. Bu halda İstifadəçi Platformadan istifadəni dayandırmalı və ya bağlanmış müqaviləni ləğv etməlidir. Bu Banka İstifadəçinin hesabına girişi bloklaşdırması üçün əsas ola bilər. Hesabın bloklanması halında İstifadəçi Platformada yenidən qeydiyyatdan keçməlidir.

7.14. İstifadəçi tərəfindən Banka yeni Abonent nömrəsi təqdim edilənədək və ya İstifadəçi tərəfindən bu Müqavilənin pozulmasına qədər Bank İstifadəçinin hesabına girişi bloklamaq hüququna malikdir.

7.15. Bank texniki nasazlıq, insan faktoru və ya digər səbəblər nəticəsində İstifadəçinin pul kisəsinə əsassız və ya səhvən köçürülmüş pul vəsaitlərinin silinməsi (geri qaytarılması) hüququnu özündə saxlayır. Bu halda vəsaitin silinməsi aşağıdakı hallarda həyata keçirilə bilər:

 

8. Ödəniş sərəncamından imtina və ödəniş sərəncamının geri götürülməsi

 

8.1. İstifadəçinin ödəniş əməliyyatı üzrə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, vergidən yayınma, fırıldaqçılıq və ya digər növ maliyyə cinayətlərinin törədilməsinə dair əsaslı şübhələr yarandıqda, onun ödəniş sərəncamından imtina edilə bilər. Ödəniş sərəncamı yalnız müvafiq şübhələr aradan qalxdıqda icra edilə bilər.

8.2. Bank ödənişin ödəyici, vəsaiti alan və ya vasitəçi tərəfindən verilməsindən asılı olmayaraq avtorizə edilmiş ödəniş sərəncamından qanunvericilikdə nəzərdə tutulmuş hallarda imtina edə bilər.

8.3. Bank İstifadəçinin pul vəsaitinə sərəncam vermək hüququ üzərində qanunvericilikdə və ya Müqavilədə nəzərdə tutulmuş hallarda məhdudiyyətlər qoya bilər.

8.4. Ödəniş sisteminə göndərilən ödəniş sərəncamı ödəniş sisteminə dair qanunvericilik ilə müəyyən edilən andan gerigötürülməz hesab olunur.

8.5. İstifadəçi Bank ilə ödəniş sərəncamının icra olunması üçün müəyyən günü razılaşdırdıqda, İstifadəçi ödəniş sərəncamını ən geci razılaşdırılmış gündən öncəki iş gününün sonunadək geri götürə bilər.

8.6. Ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı halda, ödəyici vasitəçiyə ödəniş əməliyyatının başladılmasına razılıq verdikdən sonra ödəniş sərəncamını geri götürə bilməz.

8.7. Bu Müqavilənin 9.5-ci və 9.6-cı maddələrində nəzərdə tutulmuş müddətlərdən sonra ödəniş sərəncamı yalnız bu Müqavilədə nəzərdə tutulduğu halda və pul vəsaiti həmin vəsaiti alanın ödəniş hesabına mədaxil edilmədiyi təqdirdə geri götürülə bilər.

8.8. Ödəniş sərəncamının geri götürülməsi üzrə Bank tərəfindən xidmət haqqı tətbiq edilə bilər.

8.9. İstifadəçi tərəfindən səhv təqdim edilmiş məlumatlar üzrə ödəniş sərəncamının icrası hallarında Bank vəsaitin qaytarılmasına görə məsuliyyət daşımır.

 

9. Fərdi Məlumatların Qorunması və İstifadə Siyasəti

 

9.1. Bank, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq istifadəçilərin şəxsi məlumatlarını toplayır, saxlayır və qoruyur. Bu məlumatların işlənməsi və istifadəsi aşağıdakı məqsədlər üçün həyata keçirilir:

9.1.1. Məlumatların Toplanması və İstifadəsi:

9.1.2. Fərdi Məlumatların Qorunması və Saxlanması:

9.1.3. Məlumatlar qanunvericiliyin tələblərinə əsasən saxlanılır və "Fərdi Məlumatlar haqqında" Qanununa uyğun olaraq, hüquq-mühafizə orqanlarının sorğusu, məhkəmə qərarı və ya qanunla müəyyən edilmiş digər hallarda istifadə oluna bilər

  1.  

9.1.4. Üçüncü Şəxslərə Məlumatların Açıqlanması:

Bank fərdi məlumatları üçüncü şəxslərə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd edilən hallarda açıqlaya bilər;

  1.  

9.1.5. Marketinq və Reklam Fəaliyyəti:

  1.  

9.1.6. Təhlükəsizlik və Məlumatların Mühafizəsi:

9.1.7. Yaş məhdudiyyəti

 

10. Məxfilik və Təhlükəsizlik

 

10.1. Bank və İstifadəçi Servisdən istifadə zamanı mübadilə edilən və məlum olan məlumatların qorunması üçün bütün zəruri tədbirləri görməlidirlər.

10.2. Bank İstifadəçilərin şəxsi məlumatlarının məxfiliyini qorumaq və onların icazəsiz istifadəsinin qarşısını almaq üçün yüksək təhlükəsizlik standartlarını tətbiq edir.

10.3. İstifadəçi öz identifikasiya məlumatlarını (istifadəçi adı, şifrə və s.) üçüncü şəxslərə təqdim etməməli və icazəsiz istifadənin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir.

10.4. İstifadəçi Servisə giriş üçün istifadə etdiyi texniki vasitələrdə antivirus proqramı quraşdırmalı və mütəmadi olaraq yeniləməlidir.

10.5. İstifadəçi öz səhlənkarlığı və ya təqsirinə görə identifikasiya məlumatlarının üçüncü şəxslər tərəfindən icazəsiz əldə edilməsi nəticəsində yaranan zərər və itkilərə görə məsuliyyət daşıyır.

10.6. Bank İstifadəçi məlumatlarını qorumaq məqsədilə şifrələmə, məlumatın anonim saxlanılması və digər qabaqcıl texnoloji həllərdən istifadə edir.

10.7. İstifadəçilər Servisdən aşağıdakı hallarda istifadə edə bilməz:

10.8. Bank İstifadəçi hesabına icazəsiz giriş cəhdləri aşkarladıqda, İstifadəçiyə SMS və ya e-poçt vasitəsilə xəbərdarlıq göndərərək şifrənin dəyişdirilməsini tələb edə bilər.

10.9. Bank Servisin təhlükəsizliyini artırmaq məqsədilə mütəmadi olaraq yenilənmiş təhlükəsizlik protokollarını tətbiq edir və istifadəçiləri bu barədə rəsmi veb saytı vasitəsilə məlumatlandırır.

10.10. İstifadəçinin Platformadan sistematik qazanc əldə etmək və ya gəlirlərini gizlətmək məqsədilə istifadə etməsi qadağandır.

10.11. Dini və xeyriyyə təşkilatları istisna olmaqla, Platforma vasitəsilə siyasi və ictimai fəaliyyətlərin maliyyələşdirilməsi qadağandır.

10.12. İstifadəçilərin məlumatları Bankın daxili məlumat emalı mərkəzlərində və ölkədaxili sertifikatlı bulud infrastrukturunda saxlanılır.

10.13. Məlumatlar yalnız Platformanın fəaliyyətini təmin etmək üçün lazım olan müddət ərzində saxlanılır və daha sonra məhv edilir.

10.14. Məlumatlar saxlanılarkən, ötürülərkən şifrələmə və digər təhlükəsizlik tədbirləri tətbiq edilir.

 

11. Tərəflərin məsuliyyəti

11.1. Bankın məsuliyyəti:

11.1.1. Bank istifadəçinin ödəniş əməliyyatlarının icrası üçün təqdim etdiyi sərəncamların düzgün və vaxtında yerinə yetrilməsinə görə məsuliyyət daşıyır.

11.1.2. Bank yalnız bu Müqavilə çərçivəsində İstifadəçiyə vurduğu faktiki və birbaşa zərərlərə görə məsuliyyət daşıyır.

11.1.3. Bank istifadəçinin şəxsi və eyniləşdirmə məlumatlarının, həyata keçirilmiş əməliyyatlar haqqında sənədlərin və digər məxfi məlumatların qorunmasını təmin edir və müqaviləyə xitam verildiyi tarixdən etibarən həmin məlumatları AR qanunvericiliyinə uyğun olaraq ən azı 5 (beş) il ərzində qorunmasını təmin edir.

11.2. Bank aşağıdakı hallarda məsuliyyət daşımır:

11.2.1. İstifadəçinin yalnış təqdim etdiyi ödəniş sərəncamının icra olunmasına görə;

11.2.2. Poçt, internet, elektrik enerjisi və rabitə şəbəkələrinin fəaliyyətində Bankdan asılı olmayan səbəblərdən yaranan nasazlıqlara görə;

11.2.3. Texniki nasazlıqlar (elektrik enerjisinin və ya rabitə xidmətlərinin kəsilməsi, prosessinq sistemində və ya ödəniş platformasında baş verən texniki problemlər) nəticəsində müqavilənin şərtlərinin yerinə yetirilməməsi;

11.2.4. Rabitə kanalları vasitəsilə ötürülən məlumatların üçüncü şəxslər tərəfindən ələ keçirilməsi və ya dinlənilməsi hallarında;

11.2.5. İstifadəçi tərəfindən Müqavilənin və məlumatların qorunması qaydalarının pozulması səbəbindən fərdi məlumatların üçüncü şəxslərə məlum olması hallarında.

11.2.6. İstifadəçinin rabitə vasitələrinə çıxışının olmaması və bununla bağlı baş verən zərərlərə görə;

11.2.7. Dövlət orqanlarının qanuni tələbləri və məhkəmə qərarlarına əsasən hesabdakı vəsaitlərin dondurulması və ya həbs qoyulması hallarında;

11.2.8, Qanunvericilik və bu Müqaviləyə əsasən ödəniş alətinin bloklanması nəticəsində İstifadəçiyə dəyən zərərlərə görə;

11.2.9. Ödəniş əməliyyatlarının İstifadəçi tərəfindən səhv aparılması və ya ödəniş hesabı məlumatlarını yanlış göstərilməsi nəticəsində yaranan itkilərə görə;

11.2.10. Bildirişlərin və ya fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının İstifadəçi tərəfindən vaxtında qəbul edilməməsi və ya səhv təqdim edilməsi səbəbindən baş verən problemlərə görə;

11.2.11. Bankın nəzarətində olmayan üçüncü tərəflərin xidmət keyfiyyətinə və əməliyyatlarına görə;

11.2.12. İstifadəçinin xidmətlərdən istifadəsi nəticəsində dələduzluq və ya digər qanunsuz fəaliyyətlərə məruz qalması hallarında;

11.2.3. Bankın nəzarətindən kənar hallarda (kiberhücumlar, üçüncü şəxslərin qanunsuz hərəkətləri) istifadəçinin hesabına icazəsiz giriş və vəsaitlər üzərində sərəncam verilməsinə görə.

11.2.14. Bank istifadəçinin hesabından edilən əməliyyatlar nəticəsində üçüncü şəxslərin irəli sürdüyü tələblərə görə. İstifadəçi belə məsələləri müstəqil şəkildə həll etməlidir.

11.3. İstifadəçi aşağıdakı hallarda məsuliyyət daşıyır:

11.3.1. Tətbiqdən istifadə ilə bağlı üçüncü şəxslərin Banka və ya istifadəçiyə qarşı irəli sürdüyü iddialara görə;

11.3.2. Fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının məxfiliyini qorumağa görə;

11.3.3. Ödəniş əməliyyatlarının düzgün aparılması üçün sərəncamların düzgün və lazımi qaydada verilməsinə görə;

11.3.4. Banka təqdim edilən məlumatların düzgün və aktual olmasına görə;

11.3.5. Bankın tələblərinin və Müqavilənin şərtlərinin yerinə yetirilməsinə görə;

11.4. İstifadəçi tərəfindən ödəniş əməliyyatları zamanı texniki overdraft yaranarsa, bu borc 10 iş günü ərzində Banka qaytarılmalıdır. 

11.5. Tərəflər Müqavilədə nəzərdə tutulmayan digər hallarda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

11.6. İstifadəçi xidmətlərdən istifadə nəticəsində yaranan bütün riskləri, mümkün itkiləri və zərərləri öz üzərinə götürür.

 

12. Müqavilənin müddəti

12.1. Bu Müqavilə İstifadəçi tərəfindən ExpressPay ödəniş xidmətləri platformasında müvafiq razılıq ərizəsini elektron imza ilə təsdiqlədiyi andan qüvvəyə minir.

12.2. Müqavilə aşağıdakı hallarda ləğv edilə bilər:

12.2.1. İstifadəçi Bank qarşısında bütün öhdəliklərini tam icra etdikdən sonra, ən azı 30 (otuz) gün əvvəlcədən Bankı yazılı və ya electron formada bildiriş göndərməklə Müqaviləni ləğv edə bilər.

12.2.2. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, aşağıdakı hallarda Bank Müqaviləni birtərəfli qaydada ləğv edə bilər:

  1.  

12.3. Müqavilə ləğv edilənədək İstifadəçi istifadə etdiyi ödəniş xidmətlərinə görə bütün xidmət haqlarını tam şəkildə ödəməlidir.

12.4. Əgər xidmət haqları əvvəlcədən ödənilmişdirsə, Müqavilə ləğv edilənədək göstərilən xidmətlər üçün müvafiq çıxılmalar aparıldıqdan sonra qalan məbləğ Müqavilənin ləğv olunduğu gündən etibarən ən gec növbəti iş günündə geri qaytarılır.

12.5. Müqavilə ləğv edildikdə, Bank Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq İstifadəçinin elektron pul hesabında qalıq dəyərini İstifadəçiyə geri ödəyir.

 

13. Mübahisələrin həlli

13.1. Bank İstifadəçilərin ödəniş sistemi ilə bağlı şikayət və müraciətlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə baxır.

13.2. Banka şikayət təqdim edilməsi istifadəçinin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır.

13.3. Bu Müqavilə üzrə Bank ilə istifadəçi arasında yaranan bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə həll olunmağa çalışılır. Əgər tərəflər qarşılıqlı razılığa gələ bilməzsə, mübahisə Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrində həll edilə bilər.

14. Fors Major

 

14.1. Təbii fəlakət (yanğın, daşqın, zəlzələ, fırtına, qasırğa və ya digər təbii fəlakət), müharibə, işğal, xarici düşmənlərin əməlləri, döyüş əməliyyatları (müharibə elan olunmuş olub-olmamasıından asılı olmayaraq), vətəndaş müharibəsi, üsyan, inqilab, qiyam, hərbi və ya hakimiyyətin qəsb edilməsi və ya müsadirə, terrorizm əməlləri, milliləşdirmə, dövlət sanksiyası, qadağa, embarqo, əmək mübahisəsi, tətil, lokaut və elektrik təchizatının, kabel, telefon və ya Xidmətlərin yerinə yetirilməsi üçün tələb olunan digər xidmətlərin dayandırılması və ya sıradan çıxması halında Bank Xidmətin yerinə yetirilməməsinə görə məsuliyyət daşımır.

 

15. Yekun müddəalar

15.1. İstifadəçi bu Müqavilənin bütün şərtlərinin ona tam aydın olduğunu və onları qeyd-şərtsiz qəbul etdiyini təsdiq edir.

15.2. İstifadəçi Bankın bu Müqavilə üzrə hüquq və öhdəliklərinin icrasını qanunvericiliyə uyğun olaraq və öz mülahizəsinə əsasən üçüncü şəxslərə ötürməsi ilə razılaşır.

15.3. İstifadəçi bu Müqavilə üzrə hüquqi münasibətlərə daxil olmaq, müqavilədən irəli gələn hüquq və öhdəlikləri yerinə yetirmək üçün bütün zəruri hüquqlara malik olduğunu və heç bir maneənin olmadığını təsdiq edir.

15.4. Bu Müqavilənin və ya onun əlavələrinin hər hansı bir hissəsinin etibarsızlığı və ya yerinə yetirilməsinin mümkün olmaması, Müqavilənin digər hissələrinin etibarsızlığına və ya icrasının mümkünsüz olmasına səbəb olmur.

15.5. Tərəflər arasında Müqavilə ilə ayrıca bir qayda nəzərdə tutulmadığı halda, ExpressPay ödəniş xidmətləri platforması vasitəsilə həyata keçirilən bütün əməliyyatların icra vaxtı, əməliyyat məlumatlarının emal edildiyi ExpressPay serverinin qeydlərinə əsasən müəyyən edilir.

15.6. Bu Müqavilənin şərtlərində əksini tapmayan bütün digər məsələlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə həll ediləcək.

15.7. İstifadəçi Müqavilənin qüvvədə olduğu müddət ərzində Banka ötürdüyü məlumatlarda olan dəyişiklikləri eləcə də, Müqavilə şərtlərinə təsir edə biləcək əlavə hallar barədə ağlabatan müddət ərzində Bankı xəbərdar etməyi öhdəsinə götürür.

15.8. Bu Müqavilə ödəniş xidmətlərinin göstərilməsinə dair çərçivə saziş hesab olunur.

 

16. Əlaqə vasitələri